Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə Nazirliyi dərmandan zəhərlənmələrin səbəbini AÇIQLADI

  • 2017.12.15 14:23
  • 14840 Baxış
Səhiyyə Nazirliyi dərmandan zəhərlənmələrin səbəbini  AÇIQLADI
"2016-cı illə müqayisədə bu il dəm qazından zəhərlənmələr azalıb”.


Medicina.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib.


O bildirib ki, əgər 2016-cı ildə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilmişdisə, 2017-ci ildə bu rəqəm 207 nəfər təşkil edib: "Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrdən 1 nəfəri ölüb”.


A. Maqsudov qeyd edib ki, dərman preparatlarından zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub və onlardan 602 nəfəri Klinik Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə qəbul olunub: "Həkim təyinatı olmadan qəbul edilən dərman preparatları, yüksək doza və ard-arda qəbul edilən dərmanlar zəhərlənmələrə səbəb olur və nəticədə ağır zəhərlənmə halları baş verir. Xəstələrə həkim müayinəsi olmadan və resept təyin edilmədən dərman qəbul etməyi məsləhət görmürük”.