Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə Nazirliyi dərmanları kimə verir? - Blogerə cavab

  • 2020.07.11 12:43
  • 15170 Baxış
Səhiyyə Nazirliyi dərmanları kimə verir?  - Blogerə cavab

"COVİD-19 xəstələri üçün təyin edilən dərmanlar yüngül simptomlu xəstələrə verilir".

Bu barədə "BakuPost"un Səhiyyə Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib. Hərbi bloger Tofiq Şahmuradovun iddiaları ilə bağlı suala cavab olaraq qeyd edilib ki, dərman preparatlarının verilməsi zamanı varlı və yaxud yoxsul olmaq fərq etmir.

Məlumata görə, test nəticəsi müsbət olan təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur.

Səhiyyə Nazirliyinin İşçi Qrupunun üzvü Səbinə Babazadə isə bir neçə gün öncə açıqlamasında bir çox insanın poliklinika həkimlərinin evdə onlara sistem qoşmasını tələb etdiyini bildirib. Onun sözlərinə görə, bu qəti qadağandır. Heç vaxt sistem evdə vurulmamalıdır. Evdə yalnız yüngül və simptomsuz gedişat müalicə edilə bilər.

Qeyd edək ki, son iki həftə ərzində Bakıda 10 202 vətəndaş evdə nəzarətə götürülüb. Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov "report"a bildirib ki, Bakı üzrə evdə müşahidəyə götürülən şəxslərin hamısı koronavirus xəstəsi deyil. Nəzarətə götürülənlərin əksəriyyəti, yəni 60-70 faizi şübhəli və ya kontaktda olmuş adamlardır.

Xatırladaq ki, virus şübhəsi ilə karantində olan hərbi bloger Tofiq Şahmuradov polikilinkadan ona dərmanların ancaq az təminatlı ailələrə verildiyini deyib. "3 nəfərin KT-dən keçməsinə 300 manat ödəmişəm. Dərmanlara da 1000 manata yaxın pul gedib
".