Tunis səhiyyə naziri həyatını itirib.
Medicina.az xəbər verir ki, nazir xərçəngə qarşı mübarizə məqsədli bir marafonda qaçarkən infarkt keçirib.
56 yaşlı Slim Çaker 500 metr məsafəyə qaçdıqdan sonra, halı pisləşərək xəstəxanaya aparılıb. Aparıldığı xəstəxanada vəfat edib.
Baş nazir Yussuf Chahed bu haqda şəxsi facebook hesabında bunu yazıb: "Bir qardaşımı və bir iş yoldaşını itirdim”.