Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə naziri şagirdlərlə bağlı əmr imzaladı

  • 2017.10.10 15:37
  • 23969 Baxış
Səhiyyə naziri şagirdlərlə bağlı əmr imzaladı
Səhiyyə naziri Oqtay Şirəliyev "Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmr imzalayıb.


Medicina.az xəbər verir ki, sənəd "Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya SəhiyyəTəşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.


Əmrə əsasən, 15 oktyabr - 15 noyabr 2017-ci il tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.


Sənəddə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilatı işlərin görülməsi tapşırılır.