Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
Medicina.az bildirir ki, qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür.
06/03/2019-cu il tarixində səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Hacıqabul, Ağsu, Zərdab, Kürdəmir və Ucar rayon sakinlərini qəbul edib.
20 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.