Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə naziri dərman qıtlığından danışdı

  • 2023.01.20 14:40
  • 4574 Baxış
Səhiyyə naziri dərman qıtlığından danışdı

“Hazırda ölkədə kəskin dərman qıtlığı yoxdur”.



"Medicina" xəbər verir ki,i səhiyyə naziri Teymur Musayev dərman qıtlığı və dərman qiymətlərinin süni artırılması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, dərman istehsalında istifadə olunan xammalın qiymətinin artması nisbətən qiymət artımına gətirib çıxarıb:

“Ancaq bu sahə daim nəzarətdədir. Bildiyiniz kimi, dərmanlara qiymətləri Tarif Şurası təyin edir və qiymətlər qaydalara uyğun tənzimlənir.

Əgər qiymətlərin süni şəkildə artırılma hallarına vətəndaşlar şahid olsa, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Bununla məşğul olan müvafiq qurumlar var, mütəmadi monitorinq keçirilir”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər.