Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok da koronavirusa yoluxub.
Bu barədə nazir öz “Twitter” hesabında yazıb.
“Yüngül simptomlar var. Hazırda evimdə karantin şəraitində çalışmağa davam edirəm”, - deyə nazir bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson da koronavirusa yoluxduğunu açıqlamışdı.