Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə naziri bu dərmanlarla bağlı qərara dəyişiklik etdi

  • 2020.03.02 16:10
  • 9270 Baxış
Səhiyyə naziri bu dərmanlarla bağlı qərara   dəyişiklik etdi
“Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edilib.

Medicina.az xəbər verir ki bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev qərar imzalayıb.

Qərarla siyahıya 107-ci hissə əlavə edilib.

Bununla da “Entivio”, “Vedolizumab”, “Takeda Pharma A/S” nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri siyahısına əlavə olunub.

Qərarın icrasına nəzarət Səhiyyə nazirinin müavini Elsevər Ağayevə həvalə edilib.

Qeyd edək ki, müvafiq sənəd ilk dəfə Səhiyyə Nazirliyinin 2017-ci il 27 iyul tarixli 34 nömrəli qərarı ilə təsdiqlənib.(oxu.az)