"Prezident İlham Əliyevin ilin əvvəlindən başlayaraq, sosial islahatlarla bağlı verdiyi fərman və sərəncamlar əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Vətəndaşların minimum əməkhaqqı 250 manata, minimum əmək pensiyası 200 manata çatdırılır, müəllimlərin və digər sahələrdə çalışanların əmək haqqı həmiyyətli dərəcədə artırılır. Bu xüsusda sizi əmin edirəm ki, səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq”.
Medicina.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Prezident İlham Əliyevin sosialyönümlü islahatları ilə bağlı danışarkən deyib.
Ə.Əmiraslanov islahatları inqilabi adlandırıb:
"Hələ lap əvvəl şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin artırılmasının şahidi olduq. Hazırda islahatlar davam edir. Mən əminəm ki, icbari tibbi sığortanın tətbiqilə bağlı həkimlərin, orta tibb işçilərinin də əməkhaqları təsirli dərəcədə artırılacaq. Bu bir daha göstərir ki, cənab Prezident daim xalqın yanındadır və onların daha yaxşı həyat şəraiti yaradılması üçün çalışır”