Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəhid Xudayar Yusifzadənin anası əməliyyat olundu

  • 2022.09.07 18:05
  • 4099 Baxış
Şəhid Xudayar Yusifzadənin anası əməliyyat olundu


44 günlük Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin anası əməliyyat olunub.



Medicina xəbər verir ki, Radə Qurbanova uşaqlığın simptomlu leyomioması, uşaqlıq boyunun displaziyası diaqnozu ilə bu gün paytaxtdakı tibb müəssisələrindən birində əməliyyat edilib.


TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinə müdiri Zamirə Ədilova faktı oxu.Az-a təsdiq edib.

O bildirib ki, vətəndaş Radə Qurbanova TƏBİB-in tabeliyindəki Xətai Tibb Mərkəzində bu gün əməliyyat olunub:

“Əməliyyatı Mərkəzin Ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mehriban Hacızadə həyata keçirib. R.Qurbanova artıq palataya köçürülüb, vəziyyəti qənaətbəxşdir”.

Aygün M