Şəhid jurnalist Məhərrəm İbrahimovun oğlu İbrahim Uğur Diaqnoz Tibb Mərkəzində əməliyyat edilib.
Medicina xəbər verir ki, şəhid övladına Adenoidektomiya (burun əti-adenoid) əməliyyatı icra olunub.
Əməliyyat qulaq-burun-boğaz və baş-boyun cərrahı, uzman həkim Məmməd Nəbiyev tərəfindən həyata keçirilib.
Qeyd edək ki, Məhərrəm İbrahimov Vətən Müharibəsindən sonra Kəlbəcərdə avtomobilin minaya düşməsi nəticəsində iş başında həlak olmuşdu.
Aygün Musayeva