"Hələ ki, səhhətimlə bağlı irəliləyiş yoxdur".
Medicina.az xəbər verir ki, bunu "Report"a açıqlamasında xalq artisti Fuad Poladov deyib. Aktyor bildirib ki, xəstəliyini gizli saxlamaq kimi bir niyyəti olmayıb:
"Gizli saxlamaq istəsəm belə, bu, alınmazdı. Çünki xəstəxanaya gedirəm, görənlər və eşidənlər olur".
Qeyd edək ki, aktyorun ağciyərində xərçəng aşkarlanıb. Fuad Poladov bu il iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb.