"Xəstəxanaya özüm getmişdim, çox yaxşıyam".
Medicina.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Əməkdar artist Kübra Əliyeva xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, səhhətində heç bir problem yoxdur: “Üzümdə yüngül narahatlıq vardı, onun üçün getmişdim. Bütün qohumlarım narahat olublar. Hər şey yaxşıdı. Bu yaxınlada koronavirus əleyhinə vaksin də vurdurmuşam. Özümü normal hiss edirəm. Heç bir əks əlaməti də olmayıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə Əməkdar artist K.Əliyevanın vəziyyətinin ağırlaşdığı və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.