Mövsümi keçidlərdə insanlarda səhərlər yuxudan oyana bilməmək problemi başlayır ki, bu da xüsusən işləyən şəxslər üçün ciddi məsələdir.
Medicina.az bu kimi halların səbəblərini araşdırıb və rahat şəkildə oyana bilmək üçün əməl edilməli olan nüansları ortaya çıxarıb.
Nevroloji uzmanların sözlərinə görə, insanlar ömürlərinin üçdə birini yuxuda keçirir. Rahat yuxu isə sağlam insan deməkdir.
Buna görə də məktəbə getməyən uşaqlar 12, ibtiai sinif şagirdləri 10, yuxari sinif şagirdləri 9, yeniyetmə, gənc və yuxarı yaş kateqoriyasından olan şəxslər isə 8 saatlıq yuxu rejiminə əməl etməlidirlər.
Əks halda az yatmaq infarkt, insult, hüceyrələrin səbəbsiz ölümü kimi problemlərə yol aça bilər.
Yuxu pozuntusu problemi müasir dövrdə əksər insanlarda müşahidə olunur ki, bu, nəfəs almaqda çətinlik, ayaq və qıçlarda narahatlıq yaradır. Bundan başqa, həmin şəxslər kabus və qarabasmalar görməyə başlayır.
Normal yuxu yatmayan insanlar sabahı gün yorğun, unutqan və əsəbi olur. Bütün günü yatmaq istəyir. Yuxarıda sadaladığımız problemlər sizdə də varsa, deməli yuxu pozuntusu sindromu ilə qarşı-qarşıyasınız.
BƏS BUNUNLA NECƏ MÜBARİZƏ APARMALI?
Mütəxəssislər yatmaq istədiyi halda yata bilməyən insanlara ilk növbədə qida rasionlarına dəyişiklik etməyi məsləhət görür Belə ki, yüngül şeylər yeyin.
Səhərlər duş qəbul edin, oyandıqda günəş işığı otağa düşsün deyə pərdələri açın, otağı havalandırın, axşam saatlarında idmanla məşğul olun. Bütün bu sadalananlar yuxunu rejimə salmağa kömək edəcək.
Sağlam yuxu rejimi həm də immun sistemini gücləndirir. Siz hər gün lazımi saatda lazımi qədər yatdıqda, immun sisteminin güclənməsinə kömək edən hormonlar, böyümə hormonu growth ilə kortizol və adrenalin istehsal olunmağa başlayır.
Bundan başqa, düzgün yuxu rejimi leptin hormonunu artırır, yemək yemək ehtiyacı yaradan ghrelin hormonunu isə azaldır. Bu da sizin metobolizmanızı sürətləndirir, yəni kilo almağınızı əngəlləyir.
GÖRDÜYÜMÜZ YUXULAR NƏYƏ İŞARƏ EDİR?
Uzmanlar bildirir ki, gecə yatdığımızda gördüyümüz yuxular gündüz saatlarında əldə etdiyimiz qarışıq məlumatların ayırd edilməsidir. Bu da məlumatları özümüzünküləşdirməyə kömək edir.