Hər səhər duranda bir stəkan su için.
Medicina.az xəbər verir ki, bu vərdiş ürək-damar və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, metabolik prosesləri sürətləndirir, insanı daha gümrah edir. Lakin mütəxəssislər bunu dişləri yuduqdan sonra etməyi tövsiyə edir.
Çünki yuxu zamanı antiseptik xüsusiyyətləri olan ağız suyunun ifrazı azalır. Nəticədə ağız boşluğunda bakteriyaların sayı kəskin artır. Əgər insan oyanan kimi su içərsə bütün bu mikroblar mədəyə düşəcək. Bu səbəbdən professor əvvəl dişləri yaxşı fırçalamağı, daha sonra isə su içməyi tövsiyə edir.