Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhərlər günəşlənmək hansı xəstəliklərdən xilas edir? - Məşhur həkim izah etdi

  • 2024.05.30 22:00
  • 1250 Baxış
Səhərlər günəşlənmək hansı xəstəliklərdən xilas edir? -  Məşhur həkim izah etdi
Səhərlər günəşlənmək daha faydalıdır, yoxsaa axşama doğru?

Bir çox mütəxəssis axşam günəş şüalarının zərər vermədən insan orqanizminə müəyyən faydalar verdiyini bildirirlər. Ancaq son illər səhərlər günəşlənməyin də inanılmaz təsirləri olduğu anlaşılıb.

Medicina.az xəbər verir ki, Dr. Ceykob Libermenin fikrincə, insan bədənindəki hər bir hüceyrənin düzgün işləməsi enerji mənbəyi olan işıqdan asılıdır. Günəş işığı son illər “düşmən” kimi qələmə verilsə də, doğru zamanda və tövsiyə edilən müddətdə günəşlənmə müalicəvi təsir edir. Həkim bildirir ki, bu baxımdan heç bir vitamin və ya qida əlavəsi günəş işığının xüsusiyyətləri ilə müqayisə edilə bilməz.

"Günəş işığı gözlərə daxil olduqda, "fotobiomodulyasiya" vasitəsilə bədəni istiqamətləndirir. Bu, işığın hüceyrə mitoxondriyaları ilə necə qarşılıqlı əlaqədə olduğunu göstərir. Səhərlər günəş işığı yuxusuz, yorğun hiss edən orqanizmi canlandırır, enerji verir.
Həmçinin serotonin və kortizol kimi vacib hormonların istehsalına kömək edir ki, bu da gündəlik işlərinizi yerinə yetirməyə imkan yaradır. Serotonin sirkadiyalı ritmlərimizi tənzimləyən melatoninlə əlaqəli olduğundan səhərlər qəbul edilən günəş vannası hər gecə bərpaedici yuxu rejimini təmin edir".

Həkimin sözlərinə görə, bir çox mütəxəssis mövsümi depressiyadan əziyyət çəkən insanlara işıq terapiyasını tövsiyə edir:

"Çox günəş işığı almayan soyuq iqlimlərdə yaşayan insanlara “işıq qutuları” adlanan parlaq, daxili işıqlar tövsiyə edilə bilər. Ancaq bu işıqlar günəş işığının faydalarını tam olaraq təmin edə bilməz. Özünüzü yorğun və ya halsız hiss edirsinizsə, hər gün ən azı 30 dəqiqə birbaşa günəş işığına məruz qalın. Səhərlər günəşlənməyə üstünlük verin, lakin bu alınmırsa, günorta saatları istisna olmaqla, digər vaxtlarda da günəş işığından yararlana bilərsiniz".

Doktor qeyd edir ki, səhərlər qəbul edilən günəş vannası təkcə psixi sağlamlığı gücləndirmir, həm də daha yaxşı yatmağa kömək edir.

"Həmçinin stress səviyyələrini və görmə kimi fiziki sağlamlıq problemlərini yaxşılaşdırır. Tədqiqatlar göstərir ki, günəş işığının olmaması miyopiya və ya yaxından görmə riskini artıra bilər.

Günəş işığı bədəndə ağ qan hüceyrələrinin istehsalını artırmağa kömək edərək infeksiyaların və bakteriyaların da qarşısını alır.
Səhərlər günəş işığına məruz qalmaq ürək sağlamlığını da yaxşılaşdıra bilər, çünki qan təzyiqini aşağı saldığı sübut edilmiş nitrik oksidin sərbəst buraxılmasına səbəb olur.

Kolorektal, prostat, döş xərçəngi kimi bəzi xərçəng növlərinin riskini azaldır.

Elm adamları artan D vitamininin, güclənən immunitet sisteminin və sirkadiyalı ritm modulyasiyasının xərçəng riskini azaltmaqda rol oynadığını aşkar ediblər.

Əgər arıqlamağa çalışırsınızsa, yenə atmalı olduğunuz ilk addım səhər saatlarında günəş işığından faydalanmağı vərdiş halına gətirməkdir. Araşdırmalar günəş işığının daha az çəki ilə əlaqəli olduğunu üzə çıxarıb. Başqa bir araşdırma kök qadınlarda üç həftə ərzində ən azı 45 dəqiqə səhərlər günəş işığına məruz qalmanın bədən yağının və iştahın azalmasına səbəb olduğunu göstərib".


Aysel