Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhərlər bu qəribə əlamət xərçəngin siqnalı ola bilər - DİQQƏT!

  • 2022.03.29 15:34
  • 1845 Baxış
Səhərlər bu qəribə əlamət xərçəngin siqnalı ola bilər   - DİQQƏT!


Britaniyalı onkoloqlar səhərlər insanın hiss etdiyi qəribə bir əlamətin xərçəngə işarət ola biləcəyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, səhər yuxudan oyanan kimi, hətta yarıyuxulu halda insanın ürəyi, mədəsi bulanırsa, bu ciddi həyəcanverici siqnaldır.


Doktor Nayqat bildirib ki, əgər normal qidalanırsızsa, axşam alkoqol içməmisiz, yaxşı yatırsız, amma gecəyarı və ya səhər saatın zəngi çalmadan belə yarıyuxulu qəribə ürəkbulanmadan oyanırsızsa, bu nəyinsə düz getmədiyini göstərir.

Səbəbsiz izah olunmayan ürəkbulanma 2-3 həftə davam edərsə, terapevt və ya qastroenteroloqa müraciət üçün əsasdır.

Bu əlamət aqressiv növlərdən olan mədəaltıvəz, mədə, nazik bağırsaq, qırtlaq, qaraciyər xərçəngində ola bilər.

Eləcə də gecəyarı tez-tez sidik çağırışı da sidik sistemini yoxlatmaq üçün səbəbdir.

Uzananda, yerində çevriləndə qarın boşluğunda ağrı, sanki nəyinsə içəridə daxili orqanı və qarın divarını sıxması da onkolojiyə şübhə yaradır.


Aygün Musayeva
BakuPost