Səhər yuxudan oyanan kimi insan özündə bəzi əlamətlər və narahatlıqlar müşahidə edə bilər.
"Medicina" xəbər verir ki, səhər əlamətlərinə görə sağlamlığın qaydasında olmadığını müəyyən etmək olur.
Onlardan bir neçəsini təqdim edirik:
Başgicəllənmə - bu aşağı qan təzyiqi, qan dövranı pozulmasına işarədir. Başdan ayaqlara qan axını sürətli baş verir, hipotoniya yaranır.
Baş ağrıları - səhərlər bu yuxu pozulması, keyfiyyətsiz yuxu və insanın yuxuda dincəlməməsinə işarədir. Gərginlik, stress çox olanda səhərlər baş ağrıyır.
Yorğunluq - yuxudan dərhal sonra belə hal ya yuxuda apnoe, ya da ciddi sağlamlıq problemlərinə işarədir.
Apnoe zamanı tənəffüs bir neçə saniyəlik dayanır, adrenalin sıçrayır, ürəkdöyünmə artır, insan oyanıb, 3 saniyə sonra yenə yatır.
Ürəkbulanma - bu qanda az şəkər, diabet,öd problemindən ola bilər.
Əl, ovuc, ayaqların şişkinliyi- böyrək, ürək problemləri
Əzələ ağrıları - bu fibromialgiya, depressiya, revmatizm səbəbindən ola bilər.
Səhərlər bu halları yaşayanlar bununla barışmamalı, müayinə olunmalıdırlar.
Aygün Musayeva