Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhərlər başı yuyub çölə çıxanların ağzı əyilə bilər

  • 2023.06.12 16:22
  • 1566 Baxış
Səhərlər başı yuyub çölə çıxanların   ağzı əyilə bilər

Səhərlər saçlarınızı yuyub çölə çıxmaq bir çox fəsadlara yol açır.

“Medicina” xəbər verir ki, nevroloq Yeganə Rəşidovanın sözlərinə görə, səhər oyanankən güzgüyə baxarkən ağızın əylməyini gördükdə, bir çoxları panikaya düşür, insult və ya infakt keçirtdiklərini düşünürlər. Lakin bu da istisna deyil.


“Xüsusən gənc xanım və bəylər arasında bu daha çox yayılıb. Xəstələr bildirirlər ki, bir neçə gün öncə qulaq və ya qulaq dibində ağrılar olub. Buna səbəb səhərlər saç yuyub açıq havaya çıxmaqlarıdır. İlin hər hansı fəslindən asılı olmayaraq, bu hal müddət davam edərsə, nəticədə üz sinirinin nevriti ilə qarşılaşacaqlar.

Lakin bu digər xəstəliklərin əlaməti ola bilər. Beyin qan dövranının pozuntuları zamanı da ağız əyilmələrə rast gəlmək olar. Belə bir diaqnoz radioloji müayinədən sonra qoyula bilər.


Təbii ağız əyilmələri əsəblə də əlaqəlidir. Əsəbləşərkən təzyiqin qalxması nəticəsində ağız əyilmələrinə rast gəlmək olar”.

Günay Quluzadə