Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhərlər banan yeməyin, uşağa da verməyin – Həkim

  • 2023.11.27 18:47
  • 1884 Baxış
Səhərlər banan yeməyin, uşağa da verməyin  –  Həkim

Səhərlər tezbazar faydalı olsa da banan yemək gün ərzində ciddi narahatlıq yarada bilər.

“Medicina” xəbər verir ki, dietoloq Vasilisa Ponamoreva ayrıca bananı səhər yeməyi kimi qəbul etməyin fəsadlarından danışıb.

“Banan kaliy və B6 ilə zəngin olsa da, səhər bədənə lazım olan enerjini vermir.

Banan ayaqüstü yeyilən, çantaya qoyulan ən rahat variantdır. Bananda 25% şəkər var. O qanda şəkəri tez qaldırır, sürətli enerji verir, amma 1-2 saata enerji itir və insan yorularaq acıyır.

Bu o demək deyil ki, siz heç vaxt banan yeməməlisiz.

Energetik tükənmə baş verməsin deyə, səhər proteinli, zülal tutumlu qidalar yeyib, bananı hansısa qida ilə uyğunlaşdırmalısız.

Faydalı yağlar olmadan bananın faydası olmur, sadəcə qanda şəkər və turşuluq artır.

Bundan qaçmaq üçün bananı avokado, qoz, yumurta, zeytunla birgə yemək lazımdır.

Yalnız bu yolla bananda olan maqniy, kaliy və lif mənimsənilir”.

Bananın ürək və sinir sistemi üçün faydası sübut olunub.

Sutkalıq kaliy normasının 10%-ni verir, bu da təzyiqi normallaşdırmaq üçün vacibdir”.



Aygün