Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəhərdə yaşamaq sonsuzluğa səbəb olur

  • 2023.06.02 19:59
  • 1633 Baxış
Şəhərdə yaşamaq sonsuzluğa səbəb olur
Səs-küylü şəhər həyatı kişilərin və qadınların reproduktiv sisteminə təsir edir, hamilə qalmağa mane olur.


“Medicina” xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, sıx küçələrə, mərkəzə yaxın yaşamaq sperma sayı və testosteron səviyyəsini aşağı salaraq sonsuzluq riskini əhəmiyyətli dərəcədə artırır.

Araşdırmalara görə, sıx məskunlaşmış şəhərlərdə yaşayan kişilər daha çox sonsuzluqla qarşılaşır. Buna səbəb isə şəhər səs – küyü nəticəsində gecə yuxusunun pozulması və çirkli hava göstərilir.

Araşdırmalara görə, 6 saatdan az yatan kişilərin ata olma ehtimalı 43% azalır.

Əvvəlki araşdırmalar göstərib ki, hər əlavə 10 desibel yol səsi üçün qadının amilə qalmaq üçün 6 aydan çox vaxt sərf etmə ehtimalı 8% artır. Belə çıxır ki, səs-küy yumurtlama dövrlərinə mənfi təsir göstərir.


Aygün Musayeva