Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhər yuxudan duranda bel ağrısı təhlükəlidir – Revmatoloqdan xəbərdarlıq

  • 2023.07.31 18:08
  • 1151 Baxış
Səhər yuxudan duranda bel ağrısı təhlükəlidir  – Revmatoloqdan xəbərdarlıq
Səhərlər yuxudan oyandıqdan dərhal sonra artan bel ağrıları, yataqda qalmağa səbəb olan və eyni zamanda gəzdikdə və hərəkət etdikdə açılan bel ağrıları, istrahətdə sonra, yəni uzandıqdan, ayağını uzadıb yaslandıqdan sonra hərəkət etdikcə azalan bel ağrıları – iltihablı bel ağrıları adlanır


“Medicina” xəbər verir ki, həkim –revmatoloq Aynurə İsmayılovanın sözlərinə görə, bu əlamətlər revmatoloji xəstəliklərin bir qrupunun klinik əlamətidir.


“Mexaniki bel ağrıları isə daha çox hərəkət etdikdə, ayaq üstə çox qaldıqda, ağırlıq qaldırdıqda – bildiyimiz yırtıq, pratruziya, duzlanma və kirəclənmənin əlamətidir.


İltihablı bel ağrılarının fəsadlar daha ağırdır. Onlar onurğanın əyilməsinə, bambuk qamışı kimi forma almasına və bununla yanaşı olaraq, digər orqan və sistemlərin zədələnməsinə , oynaqlarda artritlərin yaranmasına səbəb ola bilər.
Məhz buna görə istrahətdən sonra artan bel ağrılarına rast gəldikdə, mütləq revmatoloqa müraciət etmək lazımdır.

Çünki sadalanan ağrılar ciddi deformasiyalara, əlilliyə, oynaqlarda ciddi problemlərə səbəb ola bilər. Zamanında həkim müayinəsinə, diaqnozun nəticələrinə görə müalicə almaq tövsiyyə olunur”.


Günay Quluzadə