Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhər yeməyini bu saatda yemək ömrü uzadır - 20 il...

  • 2025.01.09 09:33
  • 559 Baxış
Səhər yeməyini bu saatda yemək ömrü uzadır -  20 il...
Səhər yeməyi bütün gecə istirahət etdikdən sonra bədənin enerjisini bərpa etməyə kömək edir.

Medicina.az xəbər verir ki, yavaş maddələr mübadiləsini aktivləşdirir və gün ərzində davamlı enerji təmin edir. Zülalla zəngin səhər yeməyi beyin funksiyalarını artırır. Xüsusilə tam taxıl çörəyi, yumurta və süd məhsulları kimi qidalar səhər yeməyinizi ideal edə bilər.





Mütəxəssislər səhər yeməyini günün başlamasından iki saat sonra etməyi məsləhət görürlər. Bu dövr maddələr mübadiləsinin sürətlənməsi və özünüzü enerjili hiss etməyiniz üçün ən uyğun vaxt hesab olunur.

Neyroloq Dr. Culiya Cons deyir ki, səhər saat 11-ə qədər səhər yeməyi yemək sağlamlıq üçün vacib vərdişdir. Dr. Consun fikrincə, bu sadə vərdiş ömrünüzü 20 ilə qədər uzada bilər.


Bir çox araşdırmalar göstərir ki, səhər tezdən səhər yeməyi ürək xəstəlikləri, xərçəng və digər sağlamlıq problemləri riskini azaldır.

Səhər yeməyini gec yeməyin diabet, piylənmə, yüksək xolesterin və ürək xəstəlikləri kimi xəstəliklərin riskini artırdığı da elmi şəkildə sübut olunub. Səhər saat 10:00-a qədər səhər yeməyi yeməməyin erkən ölüm riskini artıra biləcəyi də vurğulanır.


Aygün Nəbiyeva
Medicina.az