Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhər yeməyinə bunları yemək faydalıdır

  • 2020.04.03 16:15
  • 2102 Baxış
Səhər yeməyinə bunları yemək faydalıdır
Bütün gündəlik əhvalımız səhər yeməyindən asılıdır, buna görə səhər günə gözəl başlamaq çox vacibdir.

Həkimlər maqnezium, lif, kalium və kalsium kimi maddələrlə zəngin qidalar seçməyi və şəkər çox olan qidalardan çəkinməyi məsləhət görürlər. Ən azı 300-350 kalori olan balanslı bir səhər yeməyi sağlam qidalanma hesab olunur və bütün günü enerji üçün kifayət edir. Şəkərsiz süd məhsulları, bütün növ dənli bitkilər, tərəvəz və meyvələrə üstünlük vermək daha yaxşıdır.

Səhər qəbul etdiyiniz qidaların bəziləri haqqında bilmədiklərinizi sizə təqdim edirik.


Yulaf yarması ən yaxşı səhər yeməyi seçimlərindən biridir. Bütün taxıllar kimi yulaf yarması da lif, bitki mənşəli protein, B vitaminləri və minerallar, o cümlədən dəmir, kalsium və maqnezium ilə zəngindir. Yulaf yarması xolesterolu normallaşdıran beta-qlükan sayəsində ürək xəstəlikləri riskini azaldır.



Yumurta
Yumurtalarda A, D və B12 vitaminləri var. İki böyük yumurtada, tələb olunan gündəlik dozanın 50% -dən çoxu var. Bu da yaddaşa və əhval-ruhiyyəyə müsbət təsir göstərir. Bir yumurtada orqanizmimizdə dəri, qan və sümüklər üçün zəruri olan təxminən 8 qram protein var. Bundan əlavə yumurta bütün taxıllar, pomidor, eləcə də brokkoli və göbələk ilə yaxşı gedir. Bunlarla da səhər yeməyi bişirə bilərsiniz.

Şirinləşdirilməmiş süd məhsulları, maddələr mübadiləsini gücləndirən protein və faydalı probiyotiklərlə doludur.
Fol turşusu və B6 vitamini sayəsində bananlar serotonin istehsalına və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. Normal səhər yeməyi üçün, yulaf yarmasına banan və bir qaşıq kətan toxumu əlavə etməyi məsləhət görürük.
Qara çay və ya qəhvənin tərkibində şişkinliyi azaldan antioksidanlar və kofein var. Ama bu içkilərə şəkər əlavə etməmək mütləqdir.
Yağlı latte, səhər yeməyi sevməyənlər üçün əla vasitədir. Böyük bir fincan latte təxminən 13 qram proteinə malikdir, eyni zamanda çox miqdarda süd səbəbindən kalsium və kalium ehtiva edir.
Dənli bitkilər orqanizmi antioksidanlarla təmin edir. Kalsium, maqnezium, sink və dəmir kimi minerallarla da zəngindir. Bundan əlavə, B vitamini bədənə lazımi enerji verir.
Avokadolar ürəyin “dostu”yağlar, bol miqdarda su və liflərlə zəngindir. Bu birləşmə uzun müddət doyma hissi yaradır.
Fındıq və fıstıq yağı da ürək üçün faydalı olan doymamış yağlarla zəngindir və xroniki xəstəliklər riskini azaldır.
Giləmeyvə qan damarlarını qoruyur və qan dövranını artırır. Bir stəkan qarağatın tərkibində təxminən 9 qram lif və tövsiyə olunan gündəlik C vitamini normasının 50% -i var.
Pendir
Çox miqdarda protein ehtiva edir. Bundan əlavə, süd məhsulları kalsium, kalium və maqneziumla zəngindir, bu da şişkinliyi azaldır və qan təzyiqini normallaşdırır.