Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhər yeməyində bu içki piyləri yandırır – Yaya qədər arıqla

  • 2023.04.04 16:33
  • 1482 Baxış
Səhər yeməyində bu içki piyləri yandırır  – Yaya qədər arıqla
Yaya qədər arıqlamaq hər kəsin arzusudur. Lakin unutmaq olmaz ki,sağlam arıqlamaq, orqanizmə zərər vermədən arıqlamaq daha önəmlidir.


Bəziləri müxtəlif diyetlərə riayət etməyə başlayır, digərləri isə sadəcə yedikləri yeməyi azaldır. Ancaq arıqlamağa kömək edən qidalar var. Onların arasında çoxlarının sevdiyi səhər canlandırıcı içki var. Söhbət qəhvədən gedir.

“Medicina” məlumatına görə, dietoloq Krutika Nanavati bildirib ki, qəhvənin gündəlik istifadəsi kiloqramların sayını azaltmağa kömək edə bilər. Araşdırmalara görə, kofein iştahı azalda və maddələr mübadiləsini yaxşılaşdıra bilər.

Qəhvənin əsas aktiv inqridiyenti olan kofeinin maddələr mübadiləsinə və çəkiyə nəzarətə faydalı təsir göstərdiyi aşkar edilmişdir. Kofein həmçinin termogenezi artırır, enerji üçün bədəndə kalori yandırma prosesini sürətləndirir.

Bu prosesin mexanizmi belədir: termogenez nəticəsində bədənimizin yağ yandırmaq üçün istifadə etdiyi enerjinin miqdarı artır. Həmçinin, arıqlamaq üçün səhər içkisinin başqa bir xüsusiyyəti faydalı olacaq - iştahı boğmağa kömək edir.

Bununla belə, qəhvə əlavələrində yalnış seçim etsəniz bütün səyləriniz boşa gedəcək.

Diyetoloq xəbərdarlıq edir ki, qəhvəyə çoxlu krem və şəkər əlavə etmək böyük səhvdir. Bu inqrediyentlərdən istifadə etmək nəinki boş kalori əlavə edir, həm də qəbul etdiyiniz kofeinin miqdarını azaldır. Bu da qəhvənin maddələr mübadiləsini gücləndirən faydalarını azaldır.

Sonda Nanavati arıqlamaq istəyənlərə qara kofe içməyi tövsiyə edib. Şəkər və qaymaq yerinə təbii dadlandırıcıları və bitki mənşəli süd daha yaxşıdır.

Günay Quluzadə