Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhər yeməyi üçün ən uyğun saat AÇIQLANDI

  • 2024.03.07 09:30
  • 1527 Baxış
Səhər yeməyi üçün ən uyğun saat  AÇIQLANDI
Uzman Dietoloq Sevgi Yavuz səhər yeməyinin əhəmiyyəti və hansı saatlarda yeməyin daha uyğun olması ilə bağlı açıqlama verib.

Medicina.az xəbər verir ki, dietoloq oyandıqdan sonra ilk iki saat ərzində səhər yeməyi yedikdə maddələr mübadiləsinin aktivləşdiyini bildirib.

Onun sözlərinə görə, bu müddətdə orqanizm gün ərzində ehtiyac duyduğu enerjini təmin etməyə hazırlaşır.

“Araşdırmalar səhər yeməyinin koqnitiv performansa müsbət təsir etdiyini göstərir. Bu, xüsusilə 18 yaşından kiçiklərə daha yaxşı təsir edir. Tədqiqatçılar bunu səhər yeməyinin toxluq hissini artırması, gündəlik kalori qəbulunu azaltması, tərkibindəki lifli qidalar sayəsində həzmi yaxşılaşdırması və sonrakı yeməklər üçün insulin həssaslığını artıraraq diabet riskini azaltması ilə əlaqələndirirlər”, - deyə S.Yavuz qeyd edib.

Mütəxəssis vurğulayıb ki, bir çox araşdırma müntəzəm səhər yeməyi yeyən insanların çəkilərini idarə etməkdə daha müvəffəqiyyətli olduğunu və gün ərzində daha sağlam qida seçimləri etdiklərini sübuta yetirib:

“Bədənimiz gecə boyu böyümə və təmir üçün çoxlu enerji sərf edir. Balanslı səhər yeməyi ilə günün əvvəlində enerjimizi, eləcə də zülal və kalsium ehtiyacımızı ödəyə bilərik”.

S.Yavuz diqqətə çatdırıb ki, səhər yeməyinin ən sağlam vaxtı insanın gündəlik rejiminə, həyat tərzinə və maddələr mübadiləsi sürətinə görə dəyişə bilər.

“Amma İspaniyanın Mursiya Universitetinin alimləri tərəfindən aparılan araşdırma səhər yeməyini 08:11-də yeməyin insan üçün daha faydalı olduğunu müəyyən edib. Onlar aşkarlayıblar ki, nahar üçün ən yaxşı vaxt 13:30-14:00, axşam yeməyi üçün isə 18:00 və ya 18:30-dur.

Bəzi insanlar daha gec oyanmağa meyllidirlər. Belə hallarda yuxudan oyandıqdan sonra ilk 2 saat ərzində səhər yeməyi yemək məsləhət görülür. Bunu etməklə, aclıqla əlaqəli hormonları tənzimləyə və özümüzü daha uzun müddət tox hiss edə bilərik”, - deyə dietoloq vurğulayıb.

Aysel