Gec səhər yeməyi beyində dəyişiklik və yüksək depressiya riski ilə əlaqələndirilir.
“Medicina” xəbər verir ki, çinli alimlər müəyyən ediblər ki, səhər saat 9-dan, xüsusən 10-dan sonra səhər yeməyi yeyən insanlarda depressiya əlamətlərinə 28% daha çox rast gəlinir.
Elmi İşin nəticələri The Journal Of Affective Disorders (JAD) jurnalında dərc olunub.
Tədqiqatçılar 11 il ərzində 24.000 yetkin könüllünün yemək vərdişlərini təhlil edib və onların sağlamlıqlarında baş verən dəyişiklikləri izləyiblər. Alimlər səhərlər müntəzəm olaraq səhər yeməyi yeyib-yemədiklərini, həmçinin ilk yeməyini nə vaxt yediklərini qeyd ediblər.
Məlum olub ki, səhər saat 9-dan sonra səhər yeməyi yeyən kişi və qadınların əhval-ruhiyyəsinin pisləşməsi və psixi sağlamlıq problemi olma ehtimalı ilk yeməyi 8:00-dan əvvəl bitirənlərə nisbətdə demək olar ki, üçdə bir dəfə çoxdur. Həmçinin məlum olub ki, səhər yeməyini tamamilə tərk etmək, imtina psixoloji vəziyyətə və emosional fona eyni zərərli təsir göstərir.
Elm adamları səhər yeməyini gecikdirməyin və ya onu atlatmanın yuxu problemlərinə, fiziki fəaliyyətin azalmasına və ya həyatda motivasiyanın azalmasına səbəb ola biləcəyini irəli sürüblər.
Aygün Musayeva