Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhər tezdən qaçış ölümcül təhlükəli ola bilər - Həkim

  • 2022.10.20 18:17
  • 2417 Baxış
Səhər tezdən qaçış ölümcül təhlükəli ola bilər  - Həkim

İnsanların sağlamlıq üçün səhər tezdən idman qaçışları əslində zərərli ola bilər.

"Medicina" xəbər verir ki, travmatoloq Konstantin Ternov səhər qaçışında yaxşı bir şey olmadığını deyib.

"Şəhər yolları və parklarında qaçış çoxlarına faydalı gəlir, reallıqda isə insan dayaq-hərəkət aparatına az problem yaratmır.

Hazırlıqsız insanın səhər qaçışlarına başlaması ağır nəticələr verə bilər.
Səhər qaçışı zamanı və dərhal sonra qəfil ölümlər həmişə yüksək olur.
Hazırlıqsız ürəyə belə qaçışlar həddən artıq yüklənmə verir.

Orta yaşlı insanlarda qaçış diz və baldır oynaq və sümüklərinə travma yaradır.
Digər mənfi tərəfi səhər şəhərin çirkli havasını ciyərlərə çəkməkdir.

Bu orqanizm üçün toksikidir, qaçış zamanı belə havanın ciyərlərə daxil olması çoxalır.

Əgər kimsə qaçışla məşğul olursa, onu sürətlə gəzməyə əvəz edin.
Skandinaviyasayağı gəzmmək orqanizm üçün daha faydalıdır.
İntensiz qaçışdan ürək-damar sistemində problemlər yaranır".


Aygün Musayeva