Səhər saatlarında yeyilən şirin sıyıq orqanizmə zərərli təsir göstərir.
Medicina.az xəbər verir ki, mütəxəssislərin gəldiyi qənaətə əsasən, xüsusən səhər saatlarında karbohidratlardan uzaq durmaq daha yaxşıdır.
Eyni zamanda şirin sıyıq qanda şəkərin artmasına səbəb ola bilər, bu isə narahatlıq və süstlüklə nəticələnir.
Mütəxəssislərə görə, şəkər əlavə edilməsə istənilən növ taxıl qidaları ideal səhər yeməyi hesab olunur. Bu qidalar uzunmüddətli enerji proteinləri ilə zəngindirlər.