Səhər şişkinlik ürək və qan damarları, tiroid vəz, böyrəklərlə bağlı problemləri göstərir.
Səhərlər bədənin hansı hissəsinin şişməsinə diqqət yetirmək lazımdır. Səhərlər ayaqların şişməsi ürək- damar problemlərindən xəbər verə bilər. Gözlər altındakı bölgənin şişməsi böyrək pozğunluqlarının əlaməti ola bilər.
“Medicina” xəbər verir ki, endokrinoloq Zuxra Pavlovanın sölərinə görə, böyrəklərdə problemlər olduqda, insanın əvvəlcə üzü şişir, gözlərin altında torbalar görünür, sonra ödem bütün bədənə yayılır.
“Öz növbəsində, şişmiş və sərt əllər tiroid vəzin patologiyasını göstərə bilər. Çox vaxt ödem qan damarlarının və ürəyin patologiyalarında baş verir, allergiya, keçmiş infeksiyalar fonunda görünür.
Şişkinliyin səbəbi pəhrizdə protein qidalarının olmaması da ola bilər. Xüsusilə tez-tez bu problemlə pəhrizlərdə oturmağı sevənlər qarşılaşırlar.
Fakt budur ki, zülal çatışmazlığı ilə qanın maye hissəsi damarlarda qalmır, ancaq ödem meydana gətirərək toxumalara göndərilir. Yəni bədəndə maye çatışmazlığı olduqda da şişlik meydana gəlir.
Bədənin kənardan su qəbulu çatışmazlığı yarandıqda, hüceyrələrarası boşluqda ödem köməyi ilə su yığılmağa başlayır.
Üzün şişməsi zamanı bədənin bu hissəsinin limfatik drenaj masajını özünüz edə bilərsiniz.
Bədənin bəzi hissələrinin ödeminin təkrarlanmağa başladığı və ya birdən-birə meydana gəldiyi və davamlılaşdığı hallarında həkimə müraciət etməlisiniz. Bir çox insan diuretiklərdən istifadə edərək şişkinliklə mübarizə aparır. Bu isə daha acı nəticələr verir”.
Günay Quluzadə