Apple şirkətinin baş direktoru Tim Kuk hər gün saat 4-də oyanıb, artıq elektron poçtla baxdığını bildirib, halbuki onun kolleqaları ən tezi 6:30-da yuxudan oyanır.
Məşhur teleaparıcı Opra Uinfri isə 6 tamamda oyanıb meditasiya, yoqa edir və planlar qurur. O iş gününə 8-də başlayır.
Bütün alimlər, dinlər səhər erkəndən oyanmağın bədən və beyin üçün faydalı olduğunu deyir.
“Medicina” xəbər verir ki, elmi araşdırmalar səhər oyanma vaxtı ilə həyatda və işdə uğurun bir-birinə təsiri olduğunu sübut edib.
Amma yadda saxlamaq lazımdır ki, çox insanlara erkən oyanma işdə ani uğur və yüksəliş vəd etmir, əksinə ona ziyan edə bilər.
Hər adama səhər oyanmaq uyğun deyil, hər şey genlərdən asılıdır. Elə insan var ki, səhər, gündüz koqnitiv qabiliyyəti, diqqəti daha güclü olur.
Elə insan var ki, əksinə səhərlər oyansa da, diqqətini cəmləyə bilmir.
İnsanın səhər və axşamkı halına təsir edən 350 gen mövcuddur.
Çoxsaylı elmi işlər göstərib ki, müxtəlif insanlar bioloji saat baxımından günün müxtəlif vaxtlarında özlərini fərqli hiss edir.
Gündüz özünü yaxşı hiss etməyənlər, yəni bui geni olmayanlar səhər tez oyandıqda əsəbi, gərgin olur, xroniki yuxusuzluqdan əziyyət çəkir, çəkisi arta bilər, sonradan ürək-damar, təzyiq xəstəlikləri yarana bilər.
Onlar səhər 9-dan sonra oyananda daha effektiv olur, hətta günortadan sonra özlərini daha yaxşı hiss edirlər.
Aygün Musayeva