Səhər çay içmək məsləhətdir, qəhvəni isə nahara saxlamaq daha yaxşıdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu dietoloq Yelena Solomatina deyib.
Həkimin sözlərinə görə, çay katexinlər, taninlər və antioksidantlar kimi vacib elementlərin təbii mənbəyidir. Tərkibində həmçinin zehni fəaliyyəti stimullaşdıran L-tanin var və tanin ağızda patogen mikrofloranın qarşısını alır.
Qəhvə acqarına içilməməlidir, çünki o, mədə şirəsinin istehsalını stimullaşdırır. Solomatinanın sözlərinə görə, yeməklər arasında qəhvə içən insan antioksidanların bir hissəsini alır, maddələr mübadiləsini stimullaşdırır.
Bundan əlavə, dietoloq hesab edir ki, pendir səhər yeməyi üçün kolbasadan daha yaxşıdır, çünki sonuncunun tərkibində çoxlu yağ, duz və məhsulun rənglənməsi üçün əlavə edilən natrium nitrit var.