Neyroloqlar səhər saatlarında telefondan istifadənin təhlükəli olduğunu sübut ediblər.
“Medicina” xəbər verir ki, amerikalı nevroloq Emili MakDonald yuxudan oyanan kimi smartfon və digər qadcetlərin beyinə mənfi təsir etdiyini deyib.
“Beyin dalğalarının beş növü var: delta, teta, alfa, beta və qamma. Onun sözlərinə görə, oyandıqdan sonra ilk dəqiqələrdə yavaş və ritmik teta və alfa dalğalarının aktivliyi müşahidə olunur.
Bu zaman zehnimiz ona daxil etdiyimiz məlumatları çox qəbul edir. Səhər telefonla danışmaq və ya xəbərləri oxumaq konsentrasiyadan və problem həllindən irəli gələn beta fəaliyyətinə çox sürətli keçidə səbəb ola bilər. Bu beyni gərgin və əsəb ritminə gətirir.
Bundan əlavə, telefon səhər dopaminin güclü sərbəst buraxılmasını təmin edir ki, bu da sizi daim sosial media lent yeniləmələrini və ya mesajlarını yoxlamağa məcbur edir”.
Səhəri müsbət fikirlərə və sağlam səhər yeməyi hazırlamağa həsr edin. Onun sözlərinə görə, smartfonu oyandıqdan 30-60 dəqiqə sonra götürmək olar.
Günay Quluzadə