Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhər oyanan kimi öpüşməyin – Cütlüklərə məsləhət

  • 2023.11.21 21:30
  • 2132 Baxış
Səhər oyanan kimi öpüşməyin  – Cütlüklərə məsləhət

Yuxudan oyanan kimi sabahın xeyir öpüşməsi romantik olsa da, tibbi baxımdan zərərlidir.

“Medicina” xəbər verir ki, qastroenteroloq Petmat Şamaeva yuxuda ağız boşluğunda bakteriyaların çox toplandığını bildirib.


“Fizioloji halitoz – ağızdan qoxu 70% insanda oyanandna dərhal sonra yaranır. Yuxuda çoxsaylı bakteriyalar dil üzərinə toplaşır. Bu ona görə baş verir ki, yuxuda tüpürcək, ağız suyu hasili azalır. Ona görə oyanan kimi öpüşmək gigiyenik deyil. Öncə ağız və dişlər təmizlənməlidir.

Eləcə də halitoz mədə-bağırsaq xəstəliklərindən xəbər verir:

- Qastrit, xora
- Disbakterioz, parazitoz
- Mədəaltı vəz xəstəliyi
- Kandidoz
- Helikobakteri\
- Hepatit, qaraciyər, öd problemi
- Boğazda iltihab
- Çürük dişlər
- Siqaret çəkmə\
Bəzi bakteriya və mikroblar öpüşlə partnyora keçə bilir, ona görə ehtiyatlı olmaq lazımdır”.

Aygün Musayeva