Limon immun sistemimizə dəstək olan, dərinin sağlamlığını qoruyan və dəriyə işıltı verən C vitaminin mükəmməl qaynağıdır.
Limon, bağırsaq sağlamlığı üçün çox vacibdir. Eyni zamanda tərkibində çox güclü bir antibakterial olan pektin lifi var. Bunun sayəsində həzm sistemimizin düzgün çalışmasını təmin edir. Limonun tərkibindəki pektin iştaha nəzarət edərək arıqlamağa kömək edir. O, orqanizmin pH balansını tənzimləyir.
Mxəbər verir ki, bu barədə nefroloq Barat Yusubov məlumat verib.
Həkim bildirib ki, S=səhər içilən limonlu su, bədəndən toksinlərin (zərərli maddələrin ) çıxarılmasını təmin edir.
"Limonlu su, potasiumla zəngindir, buna görə qan təzyiqini də tənzimlənir, xolesterolun tənzimlənməsinə kömək olur. Limonun tərkibindəki C vitamini stressə qarşı effektiv "silah"dır. O, həmçinin immun sistemimizi gücləndirir. İnfeksiyaya səbəb olan patogenik bakteriyalardan qoruyur, soyuqdəymənin müalicəsində istifadə olunur, - deyə nefroloq qeyd edib.
O, əlavə edib ki, limon xüsusilə yay aylarında tərləyərək itirdiyimiz minerallarla orqanizmi yenidən təmin edir. Limonlu su enerji verir və depressiya ilə mübarizədə kömək olur. Hətta limonun iyi, sinir sistemini sakitləşdirmək gücünə malikdir.