Türkiyəli professor Bilal Boztosun səhər idmanı ilə bağlı maraqlı açıqlamalar verib.
Medicina.az xəbər verir ki, Boztosun havanın soyuq olduğu günlərdə səhər gəzintisinin ürəyin yükünü artırdığını bildirib. O xüsusilə fəsil dəyişikliklərində idman edənlərin daha diqqətli olmalı olduğunu deyib: “Gəzinti üçün xəstəni yormayacaq saatları məsləhət edirik. Yəni havanın çox soyuq olduğu günlərdə günortaya doğru, soyuğun azaldığı zamanda yürüyüşə çıxmaq olar. Bəzən isə hava çox isti keçir. Həmin günlərdə isə sabahın erkən və ya axşamüstü saatları seçilməlidir. Yəni nə çox isti, nə də çox soyuq saatlar seçilməməlidir. Üstəlik yağış yağarsa, bu ürək yükünü daha da artırır. Gəzinti xüsusilə ürək xəstələri üçün önəmlidir. Bunu vərdiş halına gətirin. Həftədə ən azı 3 dəfə gəzintiyə çıxmaq lazımdır. Amma gəzinti sizi yorarsa, o zaman dincəlin, həkiminizlə məsləhətləşin. Yağış, külək olarsa, gəzintini azaldın. Bu bəzən infarkta səbəb ola bilər. Bəzən isə ciddi ritim pozuntularına yol açır. Nəfəs darlığı nəticəsində istəmədiyimiz hallarla qarşılaşa bilərik. Sınədə sıxıntı hiss etdikdə, sol, sağ qol, çənə, boyun, kürəyə doğru ağrı yayıla bilər. Bu əlamətlər hərkəsdə eyni olmaz.
Ümumiyyətlə, insanlar idmanı öz ürək funksiyalarına görə ayarlamalıdır. Əvvəlcə mütləq həkimlə məsləhətləşmək lazımdır. Gün ərzində nə qədər idman edəcəyi, faydası və riski hesablanmalıdır. Xəstənin yaşı və ürəkdəki vəziyyəti çox önəmlidir. Külək nə qədər çoxdursa, küləyə qarşı gəzib, o qədər ürək də ağırlıq artacaq. Bu isə infarkt, ürək çatışmazlığı riskini ortaya çıxarır."