Səhər baş ağrısı ilə oyanmaq yorğunluq əlaməti deyil, əksinə ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Medicina.az xəbər verir ki, bir çox insan səhər baş ağrısı ilə oyanmağı müvəqqəti yorğunluq və ya yuxusuzluqla əlaqələndirsə də, bu vəziyyətin altında yatan müxtəlif sağlamlıq problemləri ola bilər. Mütəxəssislərin fikrincə, səhər baş ağrıları təkrarlanırsa, mütləq ətraflı qiymətləndirmə aparılmalıdır.
Ən çox görülən 7 mümkün səbəb bunlardır:
Yuxu: Yuxu apnesi, xoruldama və ya tez-tez oyanmaq beynin kifayət qədər dincəlməsinə mane olur.
Gecə dişlərinizi sıxmaq (bruksizm): Dişlərinizi fərqinə varmadan sıxmaq çənə əzələləriniz və başınızda ağrıya səbəb ola bilər.
Aşağı qan şəkəri: Bütün gecə ac qalan bədən səhərlər aşağı şəkərlə reaksiya verə bilər.
Yüksək qan təzyiqi: Nəzarət olunmayan hipertoniya xüsusilə səhər saatlarında baş ağrısı kimi özünü göstərə bilər.
Sinüzit: Səhərlər xüsusilə şiddətli olan alın və ya üz ağrıları sinüzitdən qaynaqlana bilər.
Kofein asılılığı: Müntəzəm olaraq qəhvə içənlərdə səhərlər kofein qəbul etməmək baş ağrısına səbəb ola bilər.
Yanlış yastıq və yuxu mövqeyi: Boyun əzələlərini gərginləşdirən mövqelər də səhər ağrılarının mənbəyi ola bilər.
Daimi olan səhər baş ağrıları, gündəlik həyatın keyfiyyətini azaltmaqdan başqa daha böyük bir sağlamlıq probleminin əlaməti ola bilər. Ona görə də diqqətdən kənarda qalmamalı və ekspert rəyi alınmalıdır.
Aygün
Medicina.az