Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhər acqarına təzə çörək yemək olmaz – Dietoloq

  • 2024.01.19 20:39
  • 1301 Baxış
Səhər acqarına təzə çörək yemək olmaz  – Dietoloq
Səhər ac mədəyə yeyilməsi qadağan olan qidalar açıqlanıb.


“Medicina” xəbər verir ki, terapevt Marqarita Koroleva səhər acqarına mədəyə düşəcək qidaların düzgün seçilməsindən danışıb.

“İlk mədəyə düşən qidalar turşu tərkibli olmamalıdır, çünki turşu mədə selikli qişasını qıcıqlandırır.
Daim səhərlər belə qidalandıqda, ciddi iltihabi proses başlayır.

Səhərlər acqarına təzə meyvə, tərəvəz, qəhvə, tünd çay, soyuq qida, desert, ağ undan təzə çörək yemək olmaz.

Səhər ilk qidanız şirin olduqda, qana şəkər kəskin qalxır.

Bulka, ağ çörək, desertlər, peçenyelər də şəkər və hormonal yellənmələr yaradır.

Təzə, yumşaq, isti çörək, qızarmış qidalar, tez hazırlanan sıyıqlar, yarmalar da bağırsaqda qıcıqlanma, çürümə yaradır, günortaya qədər insanı tox tutmur”.


Aygün Musayeva