Səhər yeməyini bir fincan qəhvə ilə əvəz edən müasir nəsli gələcəkdə hansı problemlər gözləyir?
Alimlər acqarına qəhvənin diabet və xərçəng yaratmasını sübut edib.
“Medicina” xəbər verir ki, həkim Nikita Kotelniskiy bu vərdişin təhlükəli ola biləciyini açıqlayıb.
“Acqarına qəhvə qanda şəkəri sürətli sıçrayışla qaldırır ki, bu da diabet, ürək-damar probleminə səbəb olur.
Digər zərəri bu içki mədədə ayırıcı klapanı zədələyir, işini pozur, nəticədə qida borusuna mədə və öd şirəsi axır, sistematik iltihab başlayır.
Qida borusu iltihablandıqda isə gələcəkdə qida borusu xərçənginə yol açır.
Qəhvəni yalnız səhər yeməyindən sonra içmək olar.
Qəhvədə olan kofein mərkəzi sinir sistemini aktivləşdirən stimulyatordur. Nevroz, təşviş pozuntusu olan insanlara bu olmaz.
Təzyiqi oynayan insanlarda da qəhvə baş ağrısı və başgicəllənmə yarada bilər”.
Aygün Musayeva