Səhər acqarnlna kefir ilə çiy qarabaşaq yarması yemək orqanizmin sağlamlığı üçün əla vasitədir. Orqanizmi artıq və lazımsız toksinlərdən təmizləyir.
Pəhriz saxlayanlar üçün arıqlamağın ən alternativ vasitəsidir. Mədəaltı vəzi, qaraciyər və digər həyatı vacib orqanlar üçün də əhəmiyyətlidir.
“Medicina” xəbər verir ki, çiy qarabaşaq kefirlə qarışdırıldıqda, bişmiş hal alır. Hətta bişirilmiş qarabaşaqdan belə dadlı olur.
Bir neçə həftə sonra bu qarışımın nəticəsini görmək olar. Hətta həftədə bir dəfə bu qarışımdan səhər yeməyində istifadə etsəniz, mədəaltı vəzi, qaraciyər və digər orqanlarda faydasını görəcəksiniz.
Bu qarışımı hazırlamaq üçün gecə yatmamışdan öncə 2 xörək qaşığı qarabaşaq yarmasını təmiz yuduqdan sonra 200 qr kefirlə qarışdırılır. Səhər bu qarışımı səhər yeməyi əvəzi yemək lazımdır. Əgər pəhrizdəsinizsə bu qarışımdan başqa səhər heç nə yeməyin.
Adətən zövqə görə bu qarışıma qoz, üzüm, banan, alma və ya bal da əlavə etmək olar. Bu qarışım sizin həyatınızı tamailə yaxşıya doğru dəyişəcək, orqanizminiz cavanlaşdıracaq, həyatsevərliyinizi bərpa edəcək.
Günay