Səhərlər acqarına kartof suyu içməyin sağlamlığa faydası var.
Medicina.az xəbər verir ki, yeməklərdə istifadə edilən kartof, suyu ilə də bir çox sağlamlıq faydası təqdim edir.
Xüsusilə səhərlər ac qarına həzm sistemindən immunitetə qədər bir çox faydası var.
- Qastrit və mədə xorası kimi problemlərə yaxşı gələ bilər.
- Mədə turşusunu balanslaşdıraraq reflü əlamətlərini aradan qaldıra bilər.
- Tərkibindəki C vitamini sayəsində immunitet sistemini dəstəkləyə bilir.
- Bədəni toksinlərdən təmizləyər.
- Qəbizliyin və şişkinliyin qarşısını alar.
- Həzmi asanlaşdıraraq bağırsaq hərəkətlərini tənzimləyər.
- Kaliumla zəngin olduğu üçün təzyiqi tarazlaya bilir.
- Ürək sağlamlığını dəstəkləyə bilər.
- Antioksidant xüsusiyyətləri sayəsində dəri ləkələrini və sızanaq əmələ gəlməsini azaldar.
- Dərini nəmləndirərək daha sağlam görünüş təmin edə bilər.
Necə edilməlidir?
- Orta ölçülü kartofu yaxşıca yuyun və qabığını soymadan rəndələyin.
- Şirəsini sıxıb səhər acqarına içmək.
- Daha yaxşı dad üçün limon suyu əlavə edilə bilər.
Aygün
Medicina.az