Səhər acqarına analiz verməzdən öncə bunları etmək olmaz
Müəyyən xəstəliklər, hormonal, ümumi qan, sidik və nəcis analizi səhər 8-10 arası verilməlidir.
Lakin səhər analiz verəcəyiniz bildiyiniz zaman qanverməyə 8 saat qalmış bəzi şərtlərə əməl etmək lazımdır. Əks təqdirdə cavabda yanılma ola bilər.
Medicina.az xəbər verir ki,terapevt analizdən öncəki bəzi qadağaları açıqlayıb.
Qan analizləri səhər acqarına 8-10 arası verilsə yaxşıdır. Əksər referent göstəricilər səhər saatlarında daha düzgün nəticə göstərir.
Analizə qədər minimum 8-9 saat qida qəbulu olmaz.
Analizdən öncə az miqdar su içmək olar, çay, qəhvə olmaz
Analiz verilən gün səhər idman, fitnes, qaçış və isti hamamda çimmək olmaz.
Fiziki hərəkətlər əzələlərə təsir edir, tərləmə artır və bu qanda dəyişikliyə səbəb ola bilər.
Analiz verilən günün axşamı və səhər ciddi stress keçirmək, əsəbləşmək, qışqırmaq olmaz.
Eləcə də rentgen, USM, KT, MRT, EKQ-dən sonra analiz vermək məsləhət deyil. Bu müayinə cihazları da qanın göstəricilərini dəyişə bilir.
Qeyd edək ki, koronavirus və antitel analizi qandan günün istənilən saatı verilə bilər.