Prezident İlham Əliyev tərəfindən ötən ay vəzifəsindən azad edilən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin avqustun 19-da infarkt keçirdiyi bildirilir.
Bakupost.az xəbər verir ki, bu haqda məlumatı PİA.az saytı yayıb. Xəbərdə bildirilir ki, o hazırda özünə məxsus olan Uniklinika xəstəxanasında müalicə alır.
Sayt həmçinin Səfər Mehdiyevin qardaşı Kazım Mehdiyevin Naxçıvanda saxlanıldığı xəbərini də yayıb. Qeyd edilir ki, Kazım Mehdiyev qardaşının Naxçıvandakı bağçılıq biznesini idarə edib.