"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alanlar var.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, hadisə nəticəsində əraziyə 5 tibbi briqada cəlb edilib:
"Hadisə nəticəsində 8 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib".
Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.