Təcili yardıma ilk çağırış saat 10:14 daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) aparıblar. Saat 10:52-də ikinci çağırış daxil olub. Medicina.az-ın xəbərinə görə, daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəri də KTM-in yoluxucu xəstəliklər şöbəsinə gətirilib.
Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılanlara lazımi yardımlar edilir. Vəziyyətləri orta-ağırdır.