Həddindən artıq aktiv immunitet sistemi səbəbindən dəri hüceyrələri çox sürətlə böyüyür. Nəticədə dəri qaşınır və iltihab yaranır. Sədəf xəstəliyinin irsi ola biləcəyinə dair bəzi sübutlar olsa da, digər amillər də mövcuddur.
“Medicina” xəbər verir ki, həkim – terapevt İrina Andreyevnanın sözlərinə görə, sədəf xəstəliyi dəri səthində qırmızı, pulcuqlu ləkələrin əmələ gəlməsi ilə gedən xroniki dəri xəstəliyidir.
“Sədəf xəstəliyinin inkişafında həm genetik, həm də ətraf mühit faktorlarının rol oynadığı fikri də mövcuddur. Stress, siqaret, həddindən artıq içki və oturaq həyat tərzi sədəf əlamətlərini gücləndirə bilər”.
Psoriazın simptomları:
• Dərinin quru ləkələri
• Pullu dəri
• Qaşınma
• Ağrı
• Qızarma
Günay Quluzadə