7 ay əvvəl özündən 25 yaş kiçik musiqiçi Çağlar Ötken ilə evlənən məşhur türk sənətçisi Seda Sayan yumurtalıqlarını dondurub.
Medicina.az türk mediasına istinadla xəbər verir ki, bir müddət əvvəl 59 yaşlı müğənni, jurnalistlərin “uşaq sahib olmağı düşünürsünüzmü?” sualına “hər ikimizin də övladları var. Belə bir fikrimiz yoxdur” demişdi.
Bu dəfə də gündəmə gələn mövzu ilə bağlı Türkiyədə yayımlanan “2-ci səhifə”proqramına göndərdiyi mesajda yumurtalarını dondurduğunu yazıb: “Yumurtalarımı dondurmuşdum. Əgər Çağların uşağı olmasaydı uşaq dünyaya gətirərdim. Amma 12 yaşında bir oğlu var. Uşaq söhbəti bitib”.
Günel
BakuPost