Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib.
Medicina.az lent.az-a istinadən xəbər verir ki, jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Bildirilib ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur.
Əlacsız qalan jurnalist "Zəfəran" klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib.
Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib.
TƏBİB-dən bildirib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir.
***
Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.
TƏBİB-dən
Medicina.az -a verilən məlumata görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.