Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şaxtalı havada başda ağrı və spazmın səbəbləri – Nevroloq

  • 2021.12.23 18:33
  • 2841 Baxış
Şaxtalı havada başda ağrı və spazmın səbəbləri  – Nevroloq


Havanın kəskin soyuması və şaxtalarda əksər insanların başında spazmlar, ağrılar başlayır. Bu spazmların hava ilə əlaqəsi varmı?

Medicina.az xəbər verir ki, rusiyalı neyrofizioloq Aleksandr Budik atmosfer təzyiqinin başa təsirindən danışıb.


“Havanın soyuması və şaxta ilə əlaqədar başda ağrı baş dərisinin həssaslığının çox olması ilə əlaqədardır. İnsan şaxtalı soyuq hava çıxanda başı sıxılıb ağrıyırsa, bu ciddi təhlükə deyil. Bu başın dərisindən tutmuş damarlarına kimi temperatura reaksiyasıdır. Başın bütün sahəsində reseptorlar var, onlar çox həssas olanda soyuqdan qıcıqlanır, bu zaman sinirlərə ağrı siqnalı ötürülür. Buna yol verməmək üçün başa isti papaq qoymaq lazımdır.


Əgər insan yüksək təzyiq xəstəsi deyilsə baş beyin damarlarının soyuğun təsirindən ağrı verməsi mümkün deyil. Əgər yuxarı təzyiq 200-ə çatmırsa, beyin qan dövranına cavabdeh damarlar adekvar işləyir, heç bir soyuq şaxta onların işini pozmur. Ancaq təzyiq xəstələrində bu problem yaşana bilər. Ona görə belə xəstələr, şaxtalı havaya çıxanda təzyiq dərmanını içməli, təzyiqi yoxlamalıdır”.