Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saxtakar stomatoloqları ifşa etmək vaxtıdır - Tibb bacısı həkim olur

  • 2025.01.14 11:53
  • 792 Baxış
Saxtakar stomatoloqları ifşa etmək vaxtıdır -  Tibb bacısı həkim olur
Xəbər verdiyimiz kimi, vətəndaş Arzu Atakişiyeva stomatoloq Anar Ağayevdən şikayətçidir. O iddia edir ki, A. Ağayev stomatoloq adından istifadə edir.

İmplant əməliyyatı etdirən xanım "həkim"in işinin uğursuz olduğunu, dişin qısa müddətdə düşdüyünü, digərinin isə kökünün çirk etdiyini bildirib.





Medicina.az xəbər verir ki, məsələ ilə bağlı stomatoloq Tural Mirzəyev paylaşım edib.

O qeyd edib ki, diplomsuz A.Ağayev illərdir stomatologiya camiasında olub, hətta Qarabağ döyüşlərində də əsgərlərə xidmət edib, tanınmış bir çox stomatoloqla “brat”da olub:


"Hər birinizində xəbəri vardı ki bu stomatoloq deyil!
Bir çoxunuz buna öz klinikasında da şərait yaradıb, yer verib! Və bir çoxunuza da pul “atıb”…!

Tural Mirzəyev özünü reklam edir deyənlər, hansı biriniz bunu, Elvin Həsənov kimi digər saxta diplomlu stomatoloqları, Aristokrat, “Feyruz” dent kimi saxtakarların işlədiyi klinikaların adını çəkib…?!

Siz həqiqi stomatoloqlar Ağa kimi, Anar və digərləri kimi saxtakarlara kurs verməyib, legitimləşdirib, ortalığa çıxarmasaydınız, bunlar belə yayılmazdı!!!

Fəxriyyə kimi tibb bacılarına stomatoloq kimi kurs verib, sonra da deyənlər, mübarizənizin axırı necə oldu?!
Heç utanırsınız?!
Sizlər yol vermisiniz bu saxtakarlara və öz 200-300 manatlıq gəlirinizə görə yenə də susursunuz!!!

Əziz Azərbaycan stomatologiyasının qaymaqları, danışanda ilk öncə əlinizi vicdanınızın üzərinə qoyub, danışın…!

Qeyd; Kimisə sorğulamadan öncə, ilk özünüzə baxın".

Daha ətraflı videoda:


Aygün